İtkin düşən 15 yaşlı Qüdrətin meyiti çaydan TAPILDI – DETALLAR

İtkin düşən 15 yaşlı Qüdrətin meyiti çaydan TAPILDI – DETALLAR

Hazırda oxunan: İtkin düşən 15 yaşlı Qüdrətin meyiti çaydan TAPILDI – DETALLAR

610108

Türkiyənin Qars vilayətinin Arpaçay rayonu ərazisinə bağlı Akçakale kəndində 28 aprel səhər saatlarında itkin düşən 15 yaşlı Əfqanıstan vətəndaşı Qüdrət Əhmədi ilə bağlı axtarışlar faciəvi sonluqla nəticələnib.

Bizim.Media “Habertürk”ə istinadla xəbər verir ki, yeniyetmənin meyiti çaydan tapılıb.

Ailəsinin verdiyi məlumata görə, yeniyetmədən səhər saat 08:00-dan etibarən xəbər almaq mümkün olmayıb. Saat 14:35 radələrində isə ailə 112 Təcili Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq onun çaya düşə biləcəyi ehtimalını irəli sürüb.
 

Hadisə yerinə xilasedicilər cəlb olunub. Ümumilikdə 5 texnika və 20 nəfərlik heyətin iştirakı ilə aparılan axtarışlar çətin relyef şəraitinə baxmayaraq həm qurudan, həm də dron vasitəsilə davam etdirilib. Lakin gecə saatlarında əməliyyat müvəqqəti dayandırılıb.


Növbəti gün səhər saatlarında axtarışların intensiv aparıldığı çay ətrafında keçirilən baxış zamanı itkin düşən Qüdrət Əhmədinin meyiti aşkarlanıb. Xilasedicilərin səyi nəticəsində sudan çıxarılan yeniyetmənin həyatını itirdiyi müəyyən edilib.

Hadisə yerində jandarma əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib. Prokurorluğun göstərişi ilə fakt üzrə araşdırma başlanılıb. İlkin ehtimallara görə, yeniyetmənin çaya yıxılaraq həyatını itirdiyi güman edilir, istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO