SON DƏQİQƏ: Aİ Ukraynaya 90 milyard avroluq krediti rəsmən təsdiqlədi

SON DƏQİQƏ: Aİ Ukraynaya 90 milyard avroluq krediti rəsmən təsdiqlədi

Hazırda oxunan: SON DƏQİQƏ: Aİ Ukraynaya 90 milyard avroluq krediti rəsmən təsdiqlədi

608937

Avropa İttifaqı Ukraynaya 2026-2027-ci illər üçün ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Agentliyin yazdığına görə, Aİ bununla yanaşı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini də qəbul edib.

Məlumata görə, qərarın yekun təsdiqi Macarıstanın vetodan imtina etməsindən sonra mümkün olub. Beləliklə, aylarla davam edən siyasi maneə aradan qaldırılıb və paket rəsmən qüvvəyə minib.
 

Reuters-in məlumatına əsasən, bu vəsait Ukraynanın 2026 və 2027-ci illərdəki əsas maliyyə və hərbi ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Daha əvvəl açıqlanan sxemə görə, hər il 45 milyard avro ayrılması nəzərdə tutulur. Bunun təxminən 28 milyard avrosu hərbi xərclərə, 17 milyard avrosu isə büdcə və sosial ehtiyaclara sərf ediləcək.


Eyni zamanda, Aİ-nin qəbul etdiyi 20-ci sanksiyalar paketi Rusiyanın enerji, maliyyə və dəniz daşımaları sektorlarına əlavə təzyiq göstərməyi hədəfləyir. Avropa Şurasının prezidenti Antonio Koşta da bildirib ki, Aİ-nin Ukrayna ilə bağlı strategiyası iki sütuna söykənir: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması.

Qeyd edək ki, bu kredit paketi ilk dəfə 2025-ci ilin dekabrında prinsipial olaraq razılaşdırılmışdı. Lakin onun tam təsdiqi Macarıstanın mövqeyi səbəbindən uzanmışdı.

İndi isə Aİ Ukraynanın növbəti iki il üçün ən böyük maliyyə dəstək mexanizmlərindən birini rəsmiləşdirmiş oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO