Paşinyan xəyanət iddiasından yazan qəzeti yenidən MƏHKƏMƏYƏ VERDİ

Paşinyan xəyanət iddiasından yazan qəzeti yenidən MƏHKƏMƏYƏ VERDİ

Hazırda oxunan: Paşinyan xəyanət iddiasından yazan qəzeti yenidən MƏHKƏMƏYƏ VERDİ

608666

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşına xəyanət iddiasından yazan “Hraparak” qəzetinə qarşı iddiası üzrə məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan ötən il qaldırdığı məhkəmə iddiasında qəzetin “Paşinyan arvadını aldadırmı?” məqaləsində dərc olunan yazını böhtan adlandırıb.
 

O, bu yazının böhtan xarakterli olduğunu bildirib və 2600 dollar təzminat, həmçinin nəşrin bütün platformalarında qeyri-müəyyən müddətə təkzib tələb edib.


Mart ayında birinci instansiya məhkəməsi qəzetin yaydığı məlumatı təkzib etməsini əmr edib, lakin maddi təzminat tələbini rədd edib. Paşinyan indi bu qərardan apellyasiya şikayəti verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO