ABŞ-ın bu hərəkətləri danışıqları POZUR - Əraqçi

ABŞ-ın bu hərəkətləri danışıqları POZUR - Əraqçi

Hazırda oxunan: ABŞ-ın bu hərəkətləri danışıqları POZUR - Əraqçi

608349

Vaşinqtonun atəşkəs rejimini pozması, o cümlədən İran ticarət gəmilərinə hücumlar, İran və ABŞ arasında danışıqların davam etdirilməsinə əsas maneədir.

Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı səsləndirib.
 

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi bildirib ki, ABŞ-ın İranın mülki gəmilərinə hücumları, eləcə də Vaşinqtonun "ziddiyyətli mövqeyi və Tehrana qarşı təhdidedici ritorikası" iki ölkə arasında danışıqların davam etdirilməsinə mane olur.


Əraqçinin sözlərinə görə, İranın bundan sonrakı hərəkətləri mövcud vəziyyətin təhlilindən sonra müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO