Estetik əməliyyatlarla 7 il gizlənə bildi – VİDEO

Estetik əməliyyatlarla 7 il gizlənə bildi – VİDEO

Hazırda oxunan: Estetik əməliyyatlarla 7 il gizlənə bildi – VİDEO

607883

Ankarada 16 il əvvəl öldürülən bir şəxsin qətlini sifariş verməkdə ittiham edilən Barış Mirzə ölkəyə daxil olduqdan sonra saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sözcü” nəşri məlumat yayıb.
 

Belə ki, Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları 2010-cu ildə Yenimahalle rayonunun Demetevler ərazisində 28 güllə ilə avtomobilində öldürülən 26 yaşlı Burak Şenin qətlini Barış Mirzənin sifariş verdiyini aşkar ediblər.


Polis Barış Mirzənin yeddi ildi Gürcüstanda gizləndiyini müəyyən edib.

Sonradan Mirzənin əməliyyatla üzünü dəyişdirdiyi və saç əkdirdiyi məlum olub. Beləcə şübhəli şəxs yeddi il sonra saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO