Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Hazırda oxunan: Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU
596544
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milliyətcə erməni olan rusiyalı jurnalist Marqarita Simonyan öz Telegram kanalında xərçənglə mübarizə çərçivəsində şüa terapiyası və kimyaterapiya keçdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Onun sözlərinə görə, stress fonunda xəstəliyin gedişi “qasırğa sürəti” ilə davam edir.

“Buna görə də əməliyyat, kimya, şüa terapiyası və hələ illərlə davam edəcək hormon müalicəsi var. Əgər bu illər nəsib olsa”, — deyə Simonyan qeyd edib.

Yanvarın 26-da o, başı qırxılmış halda fotosunu paylaşmışdı.
 

2025-ci il dekabrın 8-də teleaparıcı kimyaterapiyanın üçüncü kursuna başladığını açıqlamışdı. Simonyanın sözlərinə görə, o, müalicəni müxtəlif cür keçirir: adətən prosedurlardan sonrakı ilk günlərdə səhhəti xeyli pisləşir, qalan vaxtlarda isə demək olar ki, sağlam insan kimi yaşayır.


Simonyan ilk dəfə sentyabrın əvvəlində Vladimir Solovyovun proqramında çıxışı zamanı onda “qorxulu” diaqnoz qoyulduğunu demişdi. 

O zaman konkret xəstəliyin adını açıqlamasa da, sentyabrın 22-də Telegram kanalında xərçəngdən müalicə aldığını yazmışdı.

Qeyd edək ki, Simonyan son illər Azərbaycanla bağlı sərt və tənqidi açıqlamaları ilə də diqqət çəkib. Onun bəzi bəyanatları Azərbaycan ictimaiyyətində və mediada narazılıq doğurub və iki ölkə arasında informasiya müstəvisində polemikaya səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO