“Bu, Lukaşenkonun yox, Paşinyanın günahıdır” – Belarus liderinin dedikləri İrəvanı bir-birinə qatdı

“Bu, Lukaşenkonun yox, Paşinyanın günahıdır” – Belarus liderinin dedikləri İrəvanı bir-birinə qatdı

Hazırda oxunan: “Bu, Lukaşenkonun yox, Paşinyanın günahıdır” – Belarus liderinin dedikləri İrəvanı bir-birinə qatdı

0:00
0:00
59373

Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində Ermənistanla bağlı açıqlamalarından sonra İrəvan hələ də sakitləşə bilmir.

Xatırladaq ki, Belarus prezidenti digər postsovet ölkələrinin, o cümlədən Ermənistanın Belarus və Rusiya ittifaqı dövlətinə qoşula biləcəyini deyib: “Belarus artıq oradadır. Düşünürəm ki, Qazaxıstan üçün yaxşı dərs oldu. Səhv etməsək, Ukraynanın orada olacağına əminəm.

Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Nikol Vovayeviç (Paşinyan) bunu başa düşdü”.

Ötən gün Ermənistan parlamenti, xüsusən də hakim partiyadan olan deputatlar - Vaqarşak Akopyan və Ovik Ağazaryan Belarus prezidentinin bəyanatına kəskin reaksiya verib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.

Ovik Ağazaryan çıxışı zamanı deyib ki, hər cür Lukaşenkolar və Marqarita Simonyanlar öz fəaliyyətləri ilə Rusiya hakimiyyətinə xələl gətirirlər.

O, Belarus prezidentinə “belə fikirlər söyləməzdən əvvəl donuz tövləsini xatırladan Minsk hava limanına baş çəkməyi” tövsiyə edib. 
Daha sonra Belarusun bu ölkədəki səfiri Aleksandr Konyuk Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Ermənistanın səsi” nəşrinin siyasi müşahidəçisi Ruben Marqaryan “İnciyib, lakin qürurludur” məqaləsində mövzuya ironik şəkildə yanaşıb:

“Əslində, Lukaşenkodan niyə küsməliyik ki? Mübarizə apardıqlarına görə, istədiklərini aldılar... Rus məsəli var: “Üz əyridirsə, güzgünü qınamazlar”.

Eyni zamanda jurnalist iddia edir ki, Belarus prezidenti Ermənistanın keçmiş prezidentlərinin hakimiyyəti dövründə belə bəyanatlar verə bilməzdi: “Və belə bir söz demək onun ağlına da gəlməzdi. Ancaq qürurlu Nikol Vovayeviçlə edə bilər. Onunla hər şey mümkündür ... ".

Marqaryan hakim partiyanın deputatlarına müraciət edir:

“Lukaşenkoya qəzəblənməməliyik. Onun sözləri gecə-gündüz zəhmətinizin bəhrəsidir. Siz bu qürurlu həyatın həmmüəlliflərisiniz və artıq başa düşməyin vaxtıdır ki, Ermənistanı sizin və dünyanın ən qürurlu lideriniz kimi insanlar təmsil edəcəyi halda, hamı bizimlə belə danışacaq. Lukaşenko hələ başlanğıcdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO