“Gürcüstan Cənub Qaz Dəhlizinin gələcək inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bunu ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Gürcüstanı təmsil edən iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Romeo Mikautadze deyib.
O çıxışında bildirib ki, Avropa bazarının oyunçularının qaz idxalı üçün şaxələndirilmiş variantları fəal şəkildə axtardığı bir vaxtda, xüsusən də son hadisələr fonunda Cənub Qaz Dəhlizinin əhəmiyyətinin geniş şəkildə qəbul edilməsi vacibdir.
MÖVZU İLƏ BAĞLI:
Cənub Qaz Dəhlizi Azərbaycanın valyuta gəlirlərini artıracaq – 100 milyard dollardan artıq qazanc…
Nazir müavini Cənub Qaz Dəhlizinin həm region, həm də bu dəhliz vasitəsilə təbii qaz alan və ya ala biləcək ölkələrin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.
R.Mikautadze qeyd edib ki, beynəlxalq ticarət və enerji resurslarının tranziti baxımından Gürcüstan istehlakçıların və təchizatçı ölkələrin maraqlarının kəsişdiyi zonada yerləşən mühüm tərəfdaş və müttəfiqdir.
Nazir müavini Azərbaycana işgüzar səfəri çərçivəsində enerji sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər də keçirib.
Bizim.Media