Primakov 30 il əvvəl ermənilərə nə demişdi?

Primakov 30 il əvvəl ermənilərə nə demişdi?

Hazırda oxunan: Primakov 30 il əvvəl ermənilərə nə demişdi?

3233

Siz hər şeyinizi itirəcəksiniz – II Qarabağ Savaşından sonra Primakovun dedikləri qismən baş verdi.

90-cı illərin əvvəllərində SSRİ və Rusiyanın siyasi nəhənglərindən biri olan Yevgeni Primakov Ermənistanın o zamankı prezidenti Levon ter-Petrosyanla söhbətində ona xəbərdarlıq edərək bildirib ki, əgər Dağlıq Qarabağ ərazilərinin bir hissəsini Azərbaycana qaytarmasanız, Ermənistan hər şeyi itirə bilər.

Bizim.Media Rusiaynın “monavista.ru” saytına istinadən xəbər verir ki, Primakov həm də Ter-Petrosyana Qarabağla bağlı Avropa və ABŞ-la əldə olunan razılaşma haqda məlumatı da çatdırıb, bu məsələyə tez aydınlıq gətirməsini istəyib.

Həmin məlumatda Ermənistana Azərbaycanın xeyrinə işğal olunmuş bir neçə rayondan imtina etmək təklif olunurdu, əvəzində Dağlıq Qarabağın bir hissəsinin müstəqilliyi rəsmi olaraq tanınacaqdı.

Ermənistan prezidenti erməni səhra komandirlərinə bu təklifi çatdırır. Lakin müvəqqəti qələbə eyforiyasında olan erməni səhra komandirləri təklifi rədd edirlər və biz hələ Azərbaycanı Kürə qədər qovacağıq deyirlər.

Levon Ter Petrosyan Yevgeni Primakova vəziyyəti məruzə edir və səhra komandirlərinin fikirlərini çatdırır. O zaman Primakov həmin tarixi xəbardarlığını edir:

"Azərbaycan işləməyi və gözləməyi bacarır, bu ölkə tezliklə ayağa qalxacaq, kifayət qədər ehtiyatı olacaq. Ondan sonra hər şeyi ələ keçirəcək və sizin heç nəyiniz olmayacaq".

Monavista.ru. qeyd edir ki, 30 il əvvəl Dağlıq Qarabağ haqqında Primakovun peyğəmbərcəsinə dediyi sözlər, əgər Rusiya müdaxilə etməsəydi 100 faiz gerçəkləşəcəkdi.  

Azərbaycan Ordusu bir gün də döyüşü davam etdirsəydi bütün Qarabağ ermənidən son nəfərinə kimi təmizlənəcəkdi, on minlərlə erməni əsgəri ya əsir düşəcəkdi, ya da öldürüləcəkdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO