Ermənistanın daha bir kəndində qətl törədildi

Ermənistanın daha bir kəndində qətl törədildi

Hazırda oxunan: Ermənistanın daha bir kəndində qətl törədildi
272780
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 27-də, saat 19:40 radələrində Ermənistanda, Armavir vilayətinin Araks kəndində atışma qeydə alınıb.

Bizim.Media shamshyan.com kriminal xronika saytına istinadən xəbər verir ki,  ilkin olaraq yaralı şəxs barədə məlumat daxil olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazidə toplaşan sakinlər güllə atan şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Jurnalist Lia Sarkisyan isə sosial şəbəkədə yazıb ki, atışmaya səbəb kənd sakinləri arasında yaranan mübahisə olub. Onlardan biri – Masis Asatryan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Ermənistan DİN hadisəni təsdiqləyib.

“Münaqişə məişət zəminində baş verib. Bir nəfər saxlanılıb. Şərait araşdırılır”, – DİN-in mətbuat xidməti Sputnik Ermənistan-a bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO