“Qarabağ erməniləri üç qrupa bölünüb” – Əksəriyyət Azərbaycanı istəyir – AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ erməniləri üç qrupa bölünüb” – Əksəriyyət Azərbaycanı istəyir – AÇIQLAMA

25949

“44 günlük Vətən Müharibəsi Cənubi Qafqazda status-kvonu dəyişib. Həmçinin Qarabağda da total dəyişikliklər əldə olunub. Qarabağda savaşdan öncəki şərtlər artıq mövcud deyil. Araikin də Qarabağda mövcud olmaması sadəcə zaman məsələsidir”. 

Bu sözləri Bizim.Media ilə Araik Arutyunyanın mitinqdə “Artsax” ləğv olunmayacaq çıxışını şərh edən siyasi ekspert Yeganə Hacıyeva açıqladı. Onun fikrincə, hazırda Araik hər vəchlə suyun üzündə qalmağa çalışır:

“Səsləndirdiyi fikirlər isə çox qeyri-ciddi mesajlardır. Qarabağda gedən mitinqlərin, etirazların gözlə görünən və görünməyən tərəfləri var. Hadisələri daha dərindən izləyən müşahidəçi kimi deyim ki, orada Qarabağ klanı kimi adlanan, Koçaryan və başqalarının idarə etdiyi ənənəvi dəstə, 2018-ci ildən sonra Araikin simasında yeni siyasi qrup var və bu iki qrupun heç birinə aid olmayan, hər iki qruplaşmanın təzyiqlərindən bezən sıravi üçüncü qruplar da mövcuddur”.

Politoloq düşünür ki, Xankəndində son baş verənlər üçüncü tərəfin, yəni sadə ermənilərin iştirakı ilə yaşanıb. Bu dövr üçün Araikin hansısa mesajları verməsi isə heç nəyi dəyişmir. 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Araiki yalançı adlandırıb.

Çünki Arutyunyanın “Artsax” ləğv olunmayacaq kimi çıxışları daxili auditoriyanı aldatmaq üçündür:

“Ağlı olan ümumiyyətlə ona qulaq asmaz. Çünki biz bilirik ki, 44 günlük müharibə zamanı Araik erməniləri necə aldadırdı. Əsasən də döyüşlərlə bağlı. 

Müharibədən əvvəl də Arutyunyanın fantastik çıxışlarının şahidi olduq və bunun bədəlini Araik qorxub qaçaraq, zirzəmilərdə gizlənməklə ödədi. Bu gün də o, oxşar yalanlar danışır, Qarabağın gələcəyi ilə bağlı absurd fikirlər səsləndirir. Onların hər birinin əsas məqsədi şəxsi mənafeylərini qorumaq, öz maliyyə imkanlarını genişləndirməkdir. Xalqı düşünmək isə onlara aid deyil. 

Təsadüfi deyil ki, ermənilər artıq başa düşməyə başlayıb ki, Araik Arutyunyan, Arkadi Qukasyan, Robert Koçaryan, Samvel Babayan və digərləri də onları aldatmaqla məşğul olub. Zaman gələcək ki, ermənilər özləri, Ermənistan respubliklası da Azərbaycanın tərkibinə daxil olmaq istəyəcək. 

Çünki onlar bilir ki, sadalanan ərazilər Azərbaycan torpaqlarıdır. Həm də anlayacaqlar ki, arzuladıqları rifahı yalnız iqtisadi imkanları geniş və dövlətçiliyi güclü olan Azərbaycanın tərkibində əldə edə biləcəklər”

Anar Rəhimov, Bizim.Media 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO