Polşa prezidenti Tiflisə gəldi - SƏBƏB

Polşa prezidenti Tiflisə gəldi - SƏBƏB

Hazırda oxunan: Polşa prezidenti Tiflisə gəldi - SƏBƏB

22402

Bu gün Gürcüstanın əsas dövlət bayramı - Müstəqillik Günü qeyd olunur.

Bizim.Media xatırladır ki, 103 il bundan öncə - 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.

Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Qonşu ölkə dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.

Milli bayrama həsr olunan rəsmi mərasim pandemiya səbəbindən məhdud sayda iştirakçı sayı ilə Tbilisinin Azadlıq meydanında keçiriləcək. Qonaqlar arasında Polşa prezidenti Andjey Duda və Ukraynanın müdafiə naziri Andrey Taran da yer alacaq.

Mərasim çərçivəsində Gürcüstanın hərbi texnikasının bir hissəsi nümayiş etdiriləcək, hərbi xidmətə çağırılan çağırışçıların təntənəli andiçmə mərasimi baş tutacaq.

Bu gün həmçinin mayın 22-də Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin Tbilisiyə gətirilən cənazəsinin qalıqları şəhərin Mtatsminda panteonunda dəfn olunacaq.

Bayram mərasimlərinə Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsertlə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO