Paşinyan: “Bu insanlar Qafanda əyləşib Zəngilanı arzulayırlar”

Paşinyan: “Bu insanlar Qafanda əyləşib Zəngilanı arzulayırlar”

Hazırda oxunan: Paşinyan: “Bu insanlar Qafanda əyləşib Zəngilanı arzulayırlar”

193610

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən ölkə parlamentində hökumət saatında çıxış edib.

Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan çıxışı zamanı, həmçinin “Vətən naminə Tavuş” müxalif hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın açıqlamalarından birinə də toxunub.

Belə ki, Qalstanyan həmin açıqlamasında lideri olduğu hərəkatın “gözlənilməzliklər”ə aid olduğunu, bunların müqabilində isə vətən və ölkə əldə edəcəklərini iddia edib.

Paşinyanın sözlərinə görə, “gözlənilməzlik hərəkatı” edirik deyən şəxslər birbaşa olaraq dövlətçilik, müstəqillik, suverenlik və vətəndaşlıq əleyhinə hallara yol açırlar:

“Onlar İrəvanın mərkəzində kafedə əyləşərək Qarsı xəyal etmək istəyirlər. Amma onlar bununla İrəvanı itirəcəklər. Real Ermənistanla Tarixi Ermənistan arasında fərq budur. Onlar istəyirlər ki, insanlar real Qafanda əyləşərək Zəngilanı arzulasınlar. Onlar bununla Real Ermənistanı və real Qafanı itirəcəklər. Real Ermənistan gələcəyə yönəlib, konkretdir, biz real sərhədimizi bilirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO