Ərdoğan Türkiyənin erməni patriarxına YAZDI - "Qarabağ böhranının həllindən..."

Hazırda oxunan: Ərdoğan Türkiyənin erməni patriarxına YAZDI - "Qarabağ böhranının həllindən..."

19014

"Artıq türklər və ermənilər olaraq bütün maneələri birlikdə aşmaq üçün inkişaf etdiyimizi nümayiş etdirməliyik".

Bizim.Media "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin erməni patriarxı Sahak Maşalyana məktubunda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğandan sərt BƏYANAT - “Erməni soyqırımı ilə bağlı ittihamlar yalandır”


Türkiyə lideri əlavə edib ki, "Hamınızın da bildiyi kimi, bu məsələdə həmişə səmimi davranmış və məsələni öz məcrasında həll etməyə çalışmışıq. 

Ermənistanla münasibətlərimizi mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğumuzu həmişə müxtəlif vaxtlarda bildirmişik. Qarabağ böhranının həllindən sonra bu çağırışımızı yüksək səslə bir daha yenilədik. Eyni çağırışı təkrar edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO