65 ildən sonra ən soyuq hava gözlənilir - Moskvada

65 ildən sonra ən soyuq hava gözlənilir - Moskvada

Hazırda oxunan: 65 ildən sonra ən soyuq hava gözlənilir - Moskvada
12549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 23-də Moskvada mənfi 27 dərəcə temperatur gözlənilir.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu "Fobos" Hava Mərkəzinin mütəxəssisi Yevgeniy Tişkovets bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

34 nəfər soyuqdan öldü

​​​​​​​
Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.

Fevralın 23-də Moskvada gecə temperatur mənfi 25-27 dərəcəyə, Moskva vilayətində mənfi 25-30 dərəcəyə, şərq bölgələrində mənfi 33 dərəcəyə enəcək.

Bu, uzun illər fevral ayında qeydə alınan temperaturdan 13-15 dərəcə aşağıdır.

Sonuncu dəfə Moskvada belə güclü şaxta 1956-cı ildə qeydə alınıb. Həmin vaxt 27,1 dərəcə mənfi temperatur olub. Moskvada bu sahədə rekord isə mənfi 30,5 dərəcə ilə 1945-ci ildə qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO