İranda minlərlə ev istiliksiz qaldı

İranda minlərlə ev istiliksiz qaldı

Hazırda oxunan: İranda minlərlə ev istiliksiz qaldı

114826

İranda kəskin soyuqlar səbəbindən minlərlə ev istilik qazından məhrum qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Rəzəvi-Xorasan vilayətinin qubernatoru Yaqub-Əli Nəzəriyə istinadən xəbər verib.

"Rəzəvi-Xorasanda ən azı 90 min istehlakçının qaz təchizatı dayandırılıb", - deyə o bildirib.

Qeyd olunub ki, ən azı dörd digər şimal vilayətlərdə və ölkənin şərqindəki bir neçə bölgədə də qaz təchizatı dayandırılıb.

Rəsmilərin sözlərinə görə, İranda son on ilin ən sərt şaxtalı havası müşahidə olunub və bu, yanacaq üçün rekord yüksək tələbata səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO