Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.
Bizim.Media məlumat verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya İlə Avropa İttifaqı arasında münasibət normal deyil - Lavrov
O, qeyd edib ki, Qərb ölkələrinin davranışları rəsmi Moskvanı qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarmağa məcbur edir.
Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.
"Təəssüf ki, biz sadəcə məcburiyyətində qaldığımız tədbirləri görməli oluruq”, deyə Zaxarova bildirib.
Bizim.Media