“Kiyev danışıqlar aparmaq istəmir. Buna görə Rusiya xüsusi əməliyyatı davam etdirəcək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında səsləndirib.
“Zelenskinin mövqeyi dəfələrlə sübut edib ki, Ukrayna həm de-fakto, həm də de-yure danışıqlar aparmaq istəmir. Müvafiq olaraq, Rusiya Federasiyasının məqsədi xüsusi hərbi əməliyyatı davam etdirməkdir”, deyə o, qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Federasiyası Ukrayna ilə danışıqlardan imtina etmir.
Lavrov həmçinin qeyd edib ki, Kiyev danışıqlardan uzun müddət imtina etsə, “sonda danışıqlar aparmaq bir o qədər çətin olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:44 / 15.11.2022
Peskov: “Rusiya xüsusi əməliyyatı davam etdirəcək, çünki ...”
Hazırda oxunan: Peskov: “Rusiya xüsusi əməliyyatı davam etdirəcək, çünki ...”
Hazırda oxunan: Peskov: “Rusiya xüsusi əməliyyatı davam etdirəcək, çünki ...”
104471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.