Paşinyanın Şuşa haqda mövqeyi dəyişməyib - Şuşa Azərbaycandır! - FOTO

Paşinyanın Şuşa haqda mövqeyi dəyişməyib - Şuşa Azərbaycandır! - FOTO

Hazırda oxunan: Paşinyanın Şuşa haqda mövqeyi dəyişməyib - Şuşa Azərbaycandır! - FOTO

10245

Ermənistanın baş naziri parlamentdə Şuşanın Azərbaycan şəhəri olmasını dilə gətirdiyi üçün özünə bəraət qazandırıb, amma Şuşanın erməni şəhəri olduğunu yenə deməyib.

Bizim.Media erməni mətbuatına istinadla bildirir ki, Nikol Paşinyan özünün "Facebook" səhifəsində canlı yayıma çıxmaqla Şuşa barədə söylədiklərinə izah vermək istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Paşinyandan əsas tələbi


Nikol qeyd edib ki, atəşkəs barədə anlaşmaya razı olmuşuq və bu bəyanata uyğun olaraq yeni şərtlər formalaşıb. Belə ki, Qarabağa azərbaycanlı məcburi köçkünlər də qaytarılmalıdır.

"İşğaldan öncə Şuşa əhalisinin 96%-i azərbaycanlılardan ibarət idi. Burada söhbət statusdan gedir. Şəhərin əsasını kim qoyub və XX əsrin əvvəllərində orada kimlərin yaşaması müzakirə mövzusu deyil".

Nikol həmçinin əlavə edib ki, ona və Ermənistan hökumətinə qarşı informasiya terroru reallaşdırılır.

Sonda qeyd edək ki, Şuşa şəhərininin əsasını Pənahəli xan qoyub və XX əsr də daxil, bütün dövrlərdə şəhərin əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edib.

Paşinyanın son canlı yayımında erməniləri narahat edənsə, baş nazirlərinin Şuşanı bir daha erməni şəhəri adlandırmaması olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO