“Azəriqazbank”ın sabiq rəsmisinə qarşı 700 min manatlıq DƏLƏDUZLUQ 

“Azəriqazbank”ın sabiq rəsmisinə qarşı 700 min manatlıq DƏLƏDUZLUQ 

Hazırda oxunan: “Azəriqazbank”ın sabiq rəsmisinə qarşı 700 min manatlıq DƏLƏDUZLUQ 

98008

“Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə ittiham açıqlanıb.  

İttihama görə, “Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev və İlham Qasımovla əlbir olub, onun əmlaklarını ələ keçiriblər. Şahin Fətəliyev Çingiz Mənsimovun etibarından sui-istifadə edib, onun mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.
Prosesdə Çingiz Mənsimovun qızı Fərəh Mənsimova ifadə verib. O Şahin Fətəliyevin atasına məxsus əmlakları satmasından danışıb. Təqsirləndirilən Şahin Fətəliyev isə özünü qismən təqsirli bilib. Digər təqsirləndirilən İlham Qasımov isə özünü təqsirli bilməyib.  

Qeyd edək ki, zərərçəkmiş Çingiz Mənsimov bir müddət öncə vəfat edib. Onun qızı keçmiş sürücülərinə qarşı 700 min manatlıq mülki iddia qaldırıb.

İstintaq orqanı tərəfindən Şahin Fətəliyevin barəsində Cinayət Məcəlləsinin CM-in 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), İlham Qasımovun barəsində isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO