Qədir Qızılsəs ölüm xəbərindən DANIŞDI: \

Qədir Qızılsəs ölüm xəbərindən DANIŞDI: \"Cəfəngiyyatdır, ayıb olsun\" - ÖZƏL 

Hazırda oxunan: Qədir Qızılsəs ölüm xəbərindən DANIŞDI: \"Cəfəngiyyatdır, ayıb olsun\" - ÖZƏL 

97434

"Necə axmaq və paxıl adamlar var? Bu nə xəbərdir haqqımda yayıblar? Mənim heç kimdə işim yoxdur".

Bu sözləri müğənni Qədir Qızılsəs Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Sənətkar, sosial şəbəkədə haqqında ölüm xəbəri yayan şəxsləri tənqid edib.

"Hər zaman öz sənətim və musiqilərimlə xalqımıza xidmət etmişəm, edirəm, edəcəyəm də.

Boş-boş, cəfənqiyyat xəbərlərdir. Hər şey yaxşıdır. Bu xəbərləri yayan şəxslər təkcə məni, ailəmi deyil, eyni zamanda məni sevən insanları narahat edirlər.

Olmaz belə xəbərlər yaymaq. Mən sağam, sağlamam. Ölüm xəbərimi yayan şəxslərə sizin redaksiyanız vasitəsi ilə demək istəyirəm ki, onlara ayıb olsun", - deyə, Qədir Qızılsəs bildirib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO