Ukraynada azərbaycanlı ailənin meyitləri tapıldı

Ukraynada azərbaycanlı ailənin meyitləri tapıldı

Hazırda oxunan: Ukraynada azərbaycanlı ailənin meyitləri tapıldı

96400

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.

Bizim.Media xəbər verir ki, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb.

Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub. Report.az-ın məlumatına görə, hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO