"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarıldı

Hazırda oxunan: "Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarıldı

93192

"Qarabağ"ın Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün biletlər satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"dan, Ağdam klubunun Park Bulvardakı fan-şopundan, 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.

1 şəxsiyyət vəsiqəsi ilə 3 bilet əldə etmək mümkündür.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO