"Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirildi

Hazırda oxunan: "Hava hədəfinə artilleriya atışı" çalışması yerinə yetirildi

89322

Azərbaycan, Qazaxıstan, Rusiya və İranın hərbi dənizçilərinin iştirakı ilə keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müsabiqənin növbəti gününün proqramına uyğun olaraq iştirakçı komandalar "Hava hədəfinə artilleriya atışı" çalışmasını yerinə yetiriblər.

Çalışmanın şərtinə əsasən döyüş hazırlığı poliqonuna çıxan gəmilərin heyətləri göyərtə kompleksində quraşdırılmış artilleriya qurğularından istifadə etməklə təyin olunmuş hündürlükdə yerləşən hava hədəfinə atəş açıblar.
Hədəfin məhv edilməsinə və seçilmiş sürət həddinə görə hakimlər tərəfindən qiymətləndirilmə aparılıb.

Müsabiqədə iştirak edən komandaların hər biri çalışmanın öhdəsindən bacarıqla gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO