Ərdoğan Tehranda İran prezidenti ilə görüşdü - FOTO-VİDEO

Ərdoğan Tehranda İran prezidenti ilə görüşdü - FOTO-VİDEO

Hazırda oxunan: Ərdoğan Tehranda İran prezidenti ilə görüşdü - FOTO-VİDEO

84381

Çərşənbə axşamı, iyulun 19-da Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.

Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Türkiyənin dövlət başçısını Sədabad sarayında qarşılayıb.

Türkiyə Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti fəxri qarovul dəstəsini alqışlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tehranda 3 ölkənin lideri hansı məsələləri müzakirə edəcək?


Sonra dövlət başçılarının dar tərkibdə danışıqları başlayıb.

Türkiyə nümayəndə heyətinə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mevlüt Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, ticarət naziri Mehmet Muş, sənaye və texnologiya naziri Mustafa Varank, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın daxildir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO