100-dək QHT təmsilçisi və bloger Şuşada toplandı

100-dək QHT təmsilçisi və bloger Şuşada toplandı

Hazırda oxunan: 100-dək QHT təmsilçisi və bloger Şuşada toplandı

81328

İyunun 28-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi və blogerlər iştirak edir.

Səfər çərçivəsində QHT nümayəndələrinə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. 
Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib. APA.az-ın məlumatına görə,  QHT nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO