Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqavilə imzaladı

Hazırda oxunan: Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqavilə imzaladı

75658

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenkonun yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, voleybolçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Ötən mövsüm bu ölkədə “Bolu Bələdiyyəspor”un şərəfini qoruyan voleybolçu “Çukurova Bələdiyyəspor”la anlaşıb. İyirmi beş yaşlı oyunçunun müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub.

Qeyd edək ki, O.Xarçenkonun yeni komandası ötən mövsüm 1-ci liqanın final mərhələsində ikinci yeri tutaraq Super Liqaya yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO