Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı+Fotolar

Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı+Fotolar

Hazırda oxunan: Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı+Fotolar
635798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2010–2012-ci illərdə yayımlanan “Yahşi Cazibe” serialında Simge obrazı ilə böyük məşhurluq qazanan aktrisa Hande Katipoğlu uzun fasilədən sonra yenidən ekranlara qayıdıb.

Bizim.Media xəbər verir ki, serialda Hakan Yılmazın canlandırdığı Kamal obrazının sevgilisi rolunu oynayan və xüsusilə “Mağdurum da mağdurum” ifadəsi ilə yaddaşlara həkk olunan aktrisa yeni layihəsi üçün imicini kəskin dəyişib.

Belə ki, “Yahşi Cazibe”dən sonra bir sıra seriallarda rol alan Katipoğlu bir müddətdir ekranlardan uzaq idi.

O, “Evlilik Güzeldir” serialı ilə yenidən tamaşaçıların qarşısına çıxıb.

İllərlə sarışın saçları ilə tanınan aktrisanın yeni rolu üçün seçdiyi qısa, qəhvəyi saçları və sadə görünüşü diqqətdən yayınmayıb.

Katipoğlunun bu dəyişimi sosial şəbəkələrdə böyük maraq doğurub.

İzləyicilər aktrisanın yeni görünüşünə “Rəsmən başqa birinə çevrilib”, “Qətiyyən tanıya bilmədim”, “Görünüşü tamamilə dəyişsə də, danışığı hələ də eynidir” kimi rəylər yazıblar. (qafqazinfo.az)

Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı+Fotolar - foto 1
Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı+Fotolar - foto 2

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO