“Borjomi”nin istehsalı dayandırıldı

“Borjomi”nin istehsalı dayandırıldı

Hazırda oxunan: “Borjomi”nin istehsalı dayandırıldı

72023

Gürcüstanda “Borjomi” mineral sularının istehsalı bu gündən müvəqqəti dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “IDS Borjomi” şirkəti məlumat yayıb. 

“Ukraynada hərbi əməliyyatlar başlayandan şirkət çətin vəziyyətlə üzləşib. Şirkətin məhsullarının əsas istehlak bazarlarında mürəkkəb vəziyyət bank hesablarına çıxışın məhdudlaşdırılması ilə ağırlaşıb, bu da şirkətin valyuta gəlirləri əldə etmək və kreditorlarla hesablaşma imkanlarını bağlayıb” – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, şirkət vəziyyəti əhəmiyyətli dərəcədə düzəltmək ümidi ilə bu günə qədər fəaliyyətini davam etdirir, lakin təəssüf ki, indiyə qədər bu mümkün olmayıb.

Şirkət hər iki qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcbur olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO