Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Hazırda oxunan: Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK
611034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qərar imzalayıb.
 

Qərara əsasən, Azərbaycana idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə köçürmələrin icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra ediləcək.


Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq.

Həmçinin yeni əlavə olunanan maddə ilə avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə bilər. Bu halda məktubun surəti bankda saxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO