Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil

Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil

Hazırda oxunan: Fermer kartlarına köçürülən 2,6 milyon manatın taleyi bəlli deyil
608540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əkin subsidiyasının alınması üçün müraciət etmiş şəxslər üzrə açılan 5017 fermer kartının 2020-ci ildən auditlə əhatə olunan dövrün sonunadək (31.03.2025-ci il tarixinədək) bankdan götürülməməsi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə görə, dövlət büdcəsinin vəsaitləri hesabına həmin kartlara 2625,7 min manat köçürülüb. Bu da vəsaitin istifadəsi səmərəliliyi, nəticəliliyinin əldə edilməməsinə gətirib çıxarıb.

Eyni zamanda, təqdim edilən məlumatlar iki ildən çox müddət ötməklə artan yekunla 2024-cü ilin sonuna 13304 fermer ümumilikdə 469,8 min manat məbləğində vəsaitin istifadə olunmadığını göstərsə də, həmin vəsaitlərdən istifadə olunmamasının hüquqi nəticələri ilə əlaqədar vaxtında müvafiq prosedurlar həyata keçirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO