Yüklər dəniz yolu ilə Bakıya 20 günə çatdırılacaq – İLK DƏFƏ

Yüklər dəniz yolu ilə Bakıya 20 günə çatdırılacaq – İLK DƏFƏ

Hazırda oxunan: Yüklər dəniz yolu ilə Bakıya 20 günə çatdırılacaq – İLK DƏFƏ
591931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə hərəkət edən ilk Çin-Mərkəzi Asiya yük qatarı bu gün Çinin Tyancin Konteyner Mərkəzi stansiyasından Bakıya yola düşüb.

Bizim.Media “Sinxua”ya istinadən xəbər verir ki, yeni marşrut Tyancini şəhərini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirəcək.

Paslanmayan polad borular və məişət texnikası kimi malları daşıyan bu qatar Qazaxıstanın Aktau limanınadək hərəkət edəcək, oradan isə yüklər dəniz yolu ilə Bakıya çatdırılacaq.
 

Bu qatar təxminən 7 min km məsafəni qət edəcək və təxminən 20 gün ərzində Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə vaxta təxminən 10 gün qənaət etməyə imkan verir.


Yüklər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas qovşağı olan Bakıya çatdıqdan sonra Türkiyəyə və digər təyinat məntəqələrinə daşına bilər.

Xatırladaq ki, 2025-ci il ərzində Tyancin Konteyner Mərkəzi Çindən Avropa istiqamətində hərəkət edən ümumilikdə 390 yük qatarına xidmət göstərib ki, bu da 2024-cü il ilə müqayisədə 38 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO