Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU

Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU

Hazırda oxunan: Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU
591658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin “Wanji” və “Sunstone” şirkətlərinin rəhbərləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib.
 

Qeyd edilib ki, Azərbaycan sənaye və texnologiyayönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.


Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Sunstone” şirkəti alüminium sənayesi üçün karbon materiallarının tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO