İcbari Tibbi Sığortaya görə 192 manat ödəməli olan şəxslər bu üsulla müəyyən ediləcək – RƏSMİ

İcbari Tibbi Sığortaya görə 192 manat ödəməli olan şəxslər bu üsulla müəyyən ediləcək – RƏSMİ

Hazırda oxunan: İcbari Tibbi Sığortaya görə 192 manat ödəməli olan şəxslər bu üsulla müəyyən ediləcək – RƏSMİ
589097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi 1 yanvar 2026-cı ildən İcbari Tibbi Sığortada yeni qaydalar qüvvəyə minib. Belə ki, qeyri-formal məşğul olan şəxslər artıq sığorta haqlarını özləri ödəməlidirlər. Sözügedən şəxslər ayda 16, ildə isə 192 manat ödəməklə İcbari Tibbi Sığorta zərfinə daxil olan xidmətlərdən yararlana bilərlər.

Bəs qeyri-formal məşğul olan şəxslər necə müəyyən edilir?

Bu sualla İcbarı Tibbi Sığorta Agentliyinə müraciət etdik. Agentlikdən Bizim.Media-ya bildirilib ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:

“Qanuna əsasən, bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Qayda təsdiqlənənədək, hazırda icbari tibbi sığorta sistemindən istifadə edən şəxslər tibbi xidmətlərdən yararlanmağa davam edəcəklər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO