Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına, özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.
Verilişin aparıcısı Mixail Qusmanın beynəlxalq forumlarla bağlı başlatdığı söhbəti davam etdirən, postpandemiya dövründə dünyanı necə təsəvvür etdiyi barədə sualını cavablandıran dövlətimizin başçısı deyib:
“Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, artıq Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və təşəkkülündə sizin, Mixail Solomonoviç, şəxsən çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış çoxlu başqa tədbirlər də suallar doğurur: biz onları necə keçirəcəyik? Lakin mənim fikrimcə, əsas məsələ, hər halda, o cümlədən beynəlxalq praktika məsələlərində əməkdaşlığın məzmununu, bu sahədə müsbət təcrübəni qoruyub saxlamaqdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:02 / 30.01.2022
Azərbaycan Prezidenti Mixail Qusmanla özünütəcrid rejimindən danışdı
Hazırda oxunan: Azərbaycan Prezidenti Mixail Qusmanla özünütəcrid rejimindən danışdı
Hazırda oxunan: Azərbaycan Prezidenti Mixail Qusmanla özünütəcrid rejimindən danışdı
57849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.