Məşhur aktyor film çəkilişi zamanı rejissorla operatoru GÜLLƏLƏDİ - FOTO/VİDEO

Hazırda oxunan: Məşhur aktyor film çəkilişi zamanı rejissorla operatoru GÜLLƏLƏDİ - FOTO/VİDEO

42716

ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər vəfat edib, daha bir nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas") vesterninin çəkilişləri zamanı qeydə alınıb. 

Bildirilir ki, hadisə tapançadan atəş açılan vaxt baş verib. Halbuki, silah boş patronlarla doldurulmalı imiş.
 

Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb. Helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. 


Atəşi aktyor Alek Bolduinin açıb. Hələki aktyora qarşı ittiham irəli sürülməyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur. 

Hazırda filmin çəkilişləri dayandırılıb. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO