“Liverpul” İstanbul səfərinə itki ilə yollanır

“Liverpul” İstanbul səfərinə itki ilə yollanır

Hazırda oxunan: “Liverpul” İstanbul səfərinə itki ilə yollanır
645832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx Çempionlar Liqasının Liqa mərhələsində “Fənərbağça” ilə oyunu buraxacaq.

Bizim.Media xəbər verir ki, klubun məlumatına görə, 24 yaşlı niderlandlı futbolçu dabanından zədələndiyi üçün İstanbul səfərinə aparılan heyətə daxil edilməyib. O, müalicəsini davam etdirmək üçün klubun məşq bazasında qalacaq.

Qeyd edək ki, Ceremi Frimponq, Konor Bredli və Covanni Leoni də zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, “Fənərbağça” - “Liverpul” görüşü noyabrın 4-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO