Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə ittiham edilir

Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə ittiham edilir

Hazırda oxunan: Zelenskinin keçmiş mətbuat katibi dövlətə xəyanətdə ittiham edilir
645827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq dövlətə xəyanət ittihamı irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Qurumun açıqlamasına görə, ittihamlar Ukrayna Cinayət Məcəlləsinin hərbi vəziyyət dövründə törədilmiş dövlətə xəyanət, eləcə də Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə haqq qazandırılması ilə bağlı maddələri əsasında irəli sürülüb.

SBU iddia edir ki, Mendel ictimai çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirib.

Qeyd olunub ki, keçmiş mətbuat katibi hazırda ölkə hüdudlarından kənardadır. Bu səbəbdən ona qarşı ittiham qiyabi şəkildə irəli sürülüb. Hazırda Mendelin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
 

Xatırladaq ki, avqust ayında Mendel Zelenskini dövlət büdcəsindən vəsait mənimsəməkdə ittiham etmişdi. May ayında isə amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukrayna lideri və onun ətrafı barədə açıqlamalar vermişdi.


O, 2022-ci ildə Rusiya ilə danışıqlar zamanı Zelenskinin Donbasdan imtina etməyə hazır olduğunu iddia etmiş, Ukrayna Prezidentini sülhə nail olunmasına mane olan amillərdən biri adlandırmışdı.

Bundan əlavə, sentyabr ayında Zelenski Yuliya Mendel də daxil olmaqla bir sıra fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO