Tünzalə Ağayeva 45 yaşını BELƏ QEYD ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: Tünzalə Ağayeva 45 yaşını BELƏ QEYD ETDİ - FOTO/VİDEO

42615

Bu gün Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür. Sənətçi 45 yaşını qeyd edir.

Bizim.Media xəbər verir ki, ifaçı bu münasibətlə İnstagram səhifəsində paylaşım edərək, özünə olan arzularından yazıb.
 

“Özümə 45 yaşımın gözəlliyini, kefini çıxartmağı, yolu yaşamağı diləyirəm. Bu il iki yubiley qeyd edirəm. Şəbnəmimin 20 illiyini və 45 yaşımı”.


Xalq artisti həmçinin onun həyatına daxil olan hər bir insana öz təşəkkürünü bildirərək qeyd edib:

“Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram.
 

Həyatıma girən “pis”, “neqativ, adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə həmişə minnətdəram. Motivasiyamın artmasına səbəb olduqları üçün sevməyənlər də sağolsunlar”.


Biz də Bizim.Media saytının rəhbərliyi və kollektivi adından Tünzalə xanımı təbrik edir, ona uzun ömür, cansağlığı, sənət yolunda uğurlar arzulayırıq.

Ad  gününüz mübarək!

Vüsalə Balayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO