Ermənistanın Baş naziri ilə Rusiya Prezidentinin Moskvadakı görüşü Dağlıq Qarabağdakı 44 günlük müharibədən sonra bölgədəki konsensusun pozulması şəraitində baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu fikri “Sputnik Ermənistan”a müsahibəsində siyasi strateq Vigen Akopyan söyləyib.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də danışıqlar aparacağı bildirilmişdi. Sonuncu dəfə iyulun əvvəlində görüşüblər.
Həqiqətən də təkbətək söhbət üçün bir çox mövzu var. Cənubi Qafqaz hələ də “qaynayır”, Tehranla Bakı arasında qarşıdurma ritorikası davam edir. Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağda da gərginlik artıb. Ötən şənbə Azərbaycan snayperi Qarabağın Ağdərə bölgəsində bir mülki şəxsi öldürüb (Bu informasiya rəsmi Bakı tərəfindən öz təsdiqini tapmayıb).
Siyasi strateq hesab edir ki, Rusiya hazırda çox narahat vəziyyətə düşüb.
"Regional konsensus indi çat verir. Dünyanın güc mərkəzlərindən bölgəyə qarşı olan münasibət dəyişir. Bunun əlaməti ən azından İran-Azərbaycan gərginliyi ola bilər. Bəlkə də İran qeyri-regional mərkəzlərin gizli dəstəyindən istifadə edir. Və bu mərkəzlər Ankara və Bakıya lazımi mesajları göndərir”, deyə siyasi strateq əlavə edib.
Akopyanın fikrincə, Cənubi Qafqazda maraqların "qütbləşməsi" prosesi başlaya bilər, bu şəraitdə Ermənistan hakimiyyəti mövqeyini konkretləşdirməlidir.
Siyasi strateq bildirir ki, Ermənistan hakimiyyətinin Azərbaycan mülki təyyarəsinə hava məkanı vermək qərarı Bakı ilə Tehran arasındakı qarşıdurma fonunda düzgün addım hesab edilmir:
“Əlbəttə ki, Ermənistan heç vaxt rəsmi olaraq Azərbaycan mülki aviasiyası üçün səmasını bağlamamışdı, amma indi vəziyyət elədir ki, formal bəhanələr aktuallığını itirib və indi ölkənin daxili motivləri ön plana çıxır”.
Bizim.Media
- A-
- A
- A+
Region
10:31 / 12.10.2021
“Regional konsensus çat verir” - Paşinyan-Putin görüşündən nəsə gözlənilirmi?
Hazırda oxunan: “Regional konsensus çat verir” - Paşinyan-Putin görüşündən nəsə gözlənilirmi?
Hazırda oxunan: “Regional konsensus çat verir” - Paşinyan-Putin görüşündən nəsə gözlənilirmi?
41210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.