Bərpa olunan enerji mənbələrinə tələbat kəskin artacaq - HESABAT    

Bərpa olunan enerji mənbələrinə tələbat kəskin artacaq - HESABAT    

Hazırda oxunan: Bərpa olunan enerji mənbələrinə tələbat kəskin artacaq - HESABAT    
0:00
0:00
39211
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərpa olunan enerji mənbələrinin bəzi növlərinə olan tələbat 2020-2045-ci illər ərzində 5,4 dəfə artacaq.

Bizim.Media xəbər verir ki, belə bir qənaət OPEC tərəfindən açıqlanan “Dünya neft icmalı” (World Oil Outlook - WOO) adlı hesabatda yer alır.

Sənədə görə, bərpa olunan enerji mənbələrinə olan gündəlik tələbat göstərilən müddət ərzində 6,8 milyon bareldən 36,6 milyon barel neft ekvivalentinədək artacaq.

Bu artımın əsasən bərpa olunan enerjiyə çəkilən məsrəflərin azalması və karbon tullantılarını azaltmaq istiqamətində atılan ardıcıl addımlarla bağlı olduğu bildirilir.

Hesabata əsasən, 2020-2045-ci ilər ərzində su və nüvə enerjisinə olan tələbat 40 faiz, bioyanacağa tələbat isə 36 faiz artacaq. Belə ki, dünya enerji istehlakında su enerjisinin payı 2,7 faizdən 3 faizədək, nüvə enerjisinin payı 5,2 faizdən 6,2 faizədək, bioenerjinin payı da 9,9 faizdən 10,5 faizədək artacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO