Azərbaycan iqtisadiyyatının tempi artdı

Azərbaycan iqtisadiyyatının tempi artdı

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatının tempi artdı
32333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyulunda Azərbaycanda 47 262,3 milyon manatlıq və yaxud ötəni ilin eyni dövrü ilə müqayisədə 2,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsi məlumat yayıb. 

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 % azalıb, qeyri-neft-qaz sektorunda isə 5,3 % artıb.

ÜDM istehsalının 40,3 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,1 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 %-ni təşkil edib. 

İl ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 17,6% artaraq 4 721 manat olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO