Rusiya niyə kommunikasiyaları açmaq üçün Ermənistanı tələsdirir? - DETALLAR açıqlandı

Rusiya niyə kommunikasiyaları açmaq üçün Ermənistanı tələsdirir? - DETALLAR açıqlandı

Hazırda oxunan: Rusiya niyə kommunikasiyaları açmaq üçün Ermənistanı tələsdirir? - DETALLAR açıqlandı

32049

Moskvanın əsas məqsədi Cənubi Qafqazda yeni müharibənin qarşısını almaqdır.

Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

Rusiya və Azərbaycanın xarici işlər nazirləri - Lavrov və Bayramov arasındakı söhbətə dair xəbərləri şərh edən Matevosyan deyib ki, əlbəttə ki, əsas müzakirə mövzusu Ermənistanda kommunikasiyaların blokadadan çıxarılması məsələsidir.

Politoloq hesab edir ki, hazırda bu məsələnin aktuallaşması təbiidir, çünki Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildiyindən, yeni hökumət formalaşdırılır və ölkə daxilində siyasi proseslərin güclənəcəyi aydındır.

Matevosyan xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə çətin qərarlar qəbul etməyin vaxtının gəldiyini söyləyib.

"Biz başa düşməliyik ki, hazırda Rusiya üçün ən vacib məsələ Cənubi Qafqazda yeni müharibənin qarşısını almaqdır və hər şeyi edir ki, baş verməsin. Rusiya bu gün bir çox problemlərlə üzləşib: Əfqanıstanda Talibanla bağlı vəziyyət, Donbasda münaqişənin qızışması. Rusiya ətrafında baş verənləri yaxşı bilir, ancaq konkret olaraq bizim bölgədə onların vəzifəsi yeni müharibənin başlamasının qarşısını almaqdır”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, Moskva Türkiyənin Qarabağ müharibəsinin nəticələrindən narazı olduğunu da yaxşı anlayır, çünki qlobal miqyasda heç nə əldə etməyib: nə Azərbaycanda hərbi baza, nə də gələcəkdə heç bir infrastruktura nəzarət etmək imkanı.

Şübhəsiz ki, Rusiya Türkiyənin Azərbaycana artan təsirinin fərqindədir. Eyni zamanda bölgəni mümkün olan gərginləşmədən qorumaq məqsədi ilə kommunikasiya məsələsini təcili həll etməyə çalışır.

Daha əvvəl bildirilmişdi ki, Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov bazar ertəsi telefonla Ermənistan-Azərbaycan sərhədində vəziyyəti normallaşdırmağın yollarını müzakirə ediblər. 

Tərəflər bölgədə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyətinin tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO