Bu gün hərbi liseylərə qəbul imtahanı olacaq

Bu gün hərbi liseylərə qəbul imtahanı olacaq

Hazırda oxunan: Bu gün hərbi liseylərə qəbul imtahanı olacaq

31091

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. Bildirilib ki, hərbi liseylərə qəbul imtahanında 1911 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır.

Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Avqustun I yarısında keçiriləcək imtahanların SİYAHISI


İştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO