Artıq meydana girəndə klubun böyüklüyü, əzəməti hiss olunurdu. Hansı komandaya qarşı oynayacağımız meydana ilk addımı atandan bəlli olur.
Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm, sadəcə onu deyim ki, “Olimpiakos” bu cür turnirlərə alışıb.
Bizim.Media xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov söyləyib.
Baş məşqçi deyib: “Keçən il Avropada göstərdiyi oyun bu klubun məqsədinin, böyüklüyünün göstəricisidir. Bizi təcrübəli, heyətində çox peşəkar futbolçular olan komandaya qarşı çətin oyun gözləyir. Bu səbəbdən də, çox rahatıq.
“Neftçi” olaraq uzun müddət Çempionlar Liqasından uzaq qaldığımızı nəzərə alsaq, "Olimpiakos" ilə matçdan hər bir halda yaxşı təcrübə toplayacağıq.
Bundan sonrakı rəqiblərimizin də aşağı-yuxarı eyni gücdə olması bizim üçün yetərincə təcrübə olacaq. Bu bizə qarşıdakı matçlarda kömək ola bilər", - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matç “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:04 / 21.07.2021
“Bizi bu gün çətin oyun gözləyir” - Samir Abasov
Hazırda oxunan: “Bizi bu gün çətin oyun gözləyir” - Samir Abasov
Hazırda oxunan: “Bizi bu gün çətin oyun gözləyir” - Samir Abasov
29291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.