“Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var” – Fransanın sabiq naziri 

“Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var” – Fransanın sabiq naziri 

Hazırda oxunan: “Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var” – Fransanın sabiq naziri 

27502

Reza Deqatini uzun illərdir tanıyıram. Bu gün onun fotolarından ibarət sərgi məni çox təsirləndirdi. O, fotoları vasitəsilə insanları əlaqələndirir, birləşdirir. Fotoları əsasən müharibə zonalarından çəkilib. Reza sülh axtarışındadır. Hər şeydən əvvəl onu sülh maraqlandırır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında səfiri, sabiq əmək naziri Müryel Peniko deyib. 

Bildirib ki, Rezanın çox zəngin fəaliyyəti, zəngin təcrübəsi var. O, nəhəng layihələr həyata keçirir:  

“Onun fotolarının əks etdirdiyi humanizm, fotoların mənalılığı məni çox təsirləndirir. Reza fotoları vasitəsilə insanların, xalqların öz aralarında bir-birini başa düşməsinə töhfə verir. Onun fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur. Bu gün Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var. Həmişə olduğu kimi, bu sərgini də böyük məmnuniyyətlə seyr etdim. Fotoların dili ilə ölkələrin reallıqları ilə tanış oldum”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO