Kürdəmir rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.
Xatırladaq ki, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi Pajero" markalı avtomobil həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındaki beton dirəyə çırpılıb.
Qəza zamanı sürücü və avtomobildəki üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bizim.Media