Bəzi tikinti materialları ucuzlaşacaq - BU TARİXDƏN

Bəzi tikinti materialları ucuzlaşacaq - BU TARİXDƏN

Hazırda oxunan: Bəzi tikinti materialları ucuzlaşacaq - BU TARİXDƏN
273374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Payız aylarında bir qayda olaraq tikinti materiallarının qiyməti aşağı düşür. Bu da havaların əlverişsiz keçməsi ilə bağlıdır. Yağıntılı günlərdə tikinti əsasən dayanır və yaxud səngiyir. Bu da tikinti materiallarına olan tələbatın azalmasına səbəb olur. Tələb azaldıqca təbii ki, qiymət də aşağı düşür.

Hansı materialların ucuzlaşması gözlənilir?
 

MÖVZU İLƏ BAĞLI:

Ev tikdirmək istəyənlərə XƏBƏRDARLIQ – Daha da bahalaşacaq...


Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirdi ki, tikinti materiallarının qiymətləri ilə bağlı proqnozlar, bazardakı tələb-təklif balansı, istehsal həcmləri və idxal-ixrac göstəricilərinə əsaslanır:

“Son məlumatlara əsasən, bəzi tikinti materiallarının qiymətlərində azalma gözlənilir.Ucuzlaşması gözlənilən tikinti materialları sırasında ilk sırada taxta məmulatları gəlir. Payız-qış aylarında tikintidə bu materialdan demək olar ki, istifadə edilmir. Çünki yağıntılı havada taxta materialları nəm çəkir. Bu da sonrakı dövrlərdə problem yaradır. Ona görə də taxta materiallarına tələbat əsasən yaz-yay aylarında artır.

Payız aylarında tələbatın azalacağı proqnozlaşdırılan tikinti materiallarından biri də beton və sementdir.

2025-ci ilin avqust ayında sement istehsalı 2.3% azalıb. Bu da tələbatın azalmasını və sement qiymətlərinin aşağı düşə biləcəyini göstərir. 2024-cü illə müqayisədə isə bu ilin geridə qalan dövründə beton plitə bazarında istehlak 4.4% azalıb. Bu da təklifin azalması ilə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Ona görə də yaxın bir ayda bəzi tikinti materialları xeyli ucuzlaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO