Kişi keçmiş arvadını bıçaqladı - Betonla başını əzdi

Kişi keçmiş arvadını bıçaqladı - Betonla başını əzdi

Hazırda oxunan: Kişi keçmiş arvadını bıçaqladı - Betonla başını əzdi

265191

Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Seyyidmehdi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayət Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 31 dekabr 2024-cü ildə baş verib. İttihama görə, Seyyidmehdi Babayev keçmiş arvadı Şəbnəm Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Daha sonra yumruq və beton parçası ilə başına zərbələr endirib.


Ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb./Apa.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO