Gənclər ağızlarına “düşmən” kəsilib – Kütləvi diş çıxarma TRENDİ

Gənclər ağızlarına “düşmən” kəsilib – Kütləvi diş çıxarma TRENDİ

Hazırda oxunan: Gənclər ağızlarına “düşmən” kəsilib – Kütləvi diş çıxarma TRENDİ

264962

Xalq arasında “ağıl dişi” kimi tanınan, tibbi adı ilə desək üçüncü azı dişləri, çoxlarının yuxusunu ərşə çəkib, bəzilərinə isə nə vaxtsa çəkdirmiş olduğu boş diş diş əti üçün orrqanizmin “hədiyyə”sidir. Əsasən 17-25 yaş arasında çıxan bu dişlər, alt-üst olmaqla çənələrdə 4 ədəd çıxır, amma daha az da ola bilər.

Məsələ burasındadır ki, illərlə insanları əməlli-başlı iki tərəfə ayıran bir sual var:

Ağıl dişləri çəkilməlidirmi ya yox?

Maraqlıdır ki, bu sahənin mütəxəsisləri də bu məsələyə tərəddüdlü yanaşırlar. Bəziləri elə yeniyetmə yaşındaca bu dişlərdən azad olmağı məsləhət görürlər, bəziləri isə təbiətin bu bəxşişinə əl dəyməməyi məsləhət görürlər.

Stomatoloq Naib Cəfərov Bizim Media-ya mövzuyla əlaqədar bildirib ki,  sağlam ağıl dişləri həmişə çıxarılmır. Əgər sağlamdırsa, digər dişlərə zərər vermirsə, onu çıxarmağa ehtiyac yoxdur:

“Ancaq çənədə yer olmadıqda: diş düzgün çıxmaq üçün kifayət qədər yer tapmır və əyri, digər dişlərə təzyiq edərək çıxır, üstəlik ağrılı olur. Yaxud tam çıxmır, dişin bir hissəsi damağın altında qalır. Bu, infeksiya, kist və ya şiş riskini artırır”.

Mütəxəsis deyir ki, ağıl dişlərinin çıxarılıb-çıxarılmamasına qərar vermək üçün diş həkiminə müraciət etmək vacibdir.

Həkim rentgen çəkərək dişlərin vəziyyətini dəyərləndirir:

Gənclərin kütləvi şəkildə azı dişlərini çıxarmasına gəlincə, N.Cəfərov deyir ki, onlar bəzən bir-birlərinin həvəsinə ağıl dişlərini çıxarırlar – bu yaşlarda kənar tövsiyələrə açıq olurlar. Digər tərəfdən də əksər gənclər müasir dövrdə breketlə dişlərini düzləşdirirlər. Ağıl dişlərinin çıxması isə düzümü poza bilər.

Ona görə də diş həkimləri çox vaxt bu dişləri gənc yaşda çıxarmağı tövsiyə edirlər. Gənc yaşlarda ağıl dişlərinin kökləri hələ tam inkişaf etməmiş olur və çənə sümüyü daha yumşaq olur. Bu da əməliyyatı daha asan edir. Üstəlik, gənclərin orqanizmi daha sürətli sağaldığı üçün bərpa müddəti də qısa olur.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO